Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana qarşı qərəzli mövqe tutan beynəlxalq təşkilatların siyahısı açıqlanıb  

Azərbaycanla bağlı qərəzli mövqedən çıxış edən beynəlxalq təşkilatların adları açıqlanıb.

"Report" xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ötən il mərkəzin ekspertlərinin Azərbaycan əleyhinə əsassız iddialara qarşı yazdıqları cavab yazılarını dərc etməkdən imtina edən beynəlxalq institutlara dair ingilis dilində hesabat hazırlayıb.

Vurğulanıb ki, azərbaycanlı ekspertlər, akademiklər və şərhçilər üçün münaqişə və regionla bağlı Qərbdəki akademik jurnallarda yazı dərc etdirmək hər zaman çətin olub və 2021-ci ildə də bu şəkildə davam edib. Bildirilir ki, 2021-ci ildə “Forbes” “Columbia Journalism Review”, “Institute for the Study of Human Rights”, “New Lines Institute for Strategy and Policy”, “Responsible Statecraft” kimi təşkilatlar Azərbaycana qarşı qərəzli yanaşmanı davam etdirərək ekspertlərin Azərbaycana dair əsassız ittihamlara dair cavab yazılarını dərc etməkdən imtina ediblər.

“Bütün tərəfləri dinləmək üçün bərabər imkanlar təqdim etməli olan müxtəlif platformalar çox vaxt əks fikri inkar edir. Belə ki, Azərbaycanın mövqeyinə dözümsüzlük nümayiş etdirən qurumlar bir tərəfdən demokratik dəyərlərin müdafiəçisi olduqlarını iddia edir, digər tərəfdən isə regionla bağlı əsassız iddiaların, düzgün olmayan ifadələrin və təhrifli fikirlərin səsləndirilməsini təşviq edirlər. 30 ilə yaxın müddət ərzində bəzi Qərb şərhçiləri “balanslı yanaşma” oyunu oynamaqla işğalçı ilə işğala məruz qalan arasında fərq qoymadan təcavüzkarla, bir milyona yaxın qaçqın və məcburi köçkünlə üzləşən, etnik təmizləməyə məruz qalan ölkəyə eyni səviyyədə yanaşırlar”, - hesabatda bildirilib.

Hesabatda bu qərəzli yanaşmanın Qərb ölkələrində liberal dairələrin ermənilərə rəğbəti və gizli xristian həmrəyliyi səbəbindən baş verə biləcəyi qeyd olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Ən çox oxunanalar